XATİRƏLƏR...
Hər birimiz qəlbimizin dərinliyində uşaqlıq çağlarımızın ən isti və parlaq xatirələrini qoruyub-saxlayırıq. Sevdiyimiz insanlar ilə ünsiyyətdən, ətraf dünyanın heyrətamiz kəşfləri barədə ilk təəssüratımızdan doğan xoşbəxtlik və sevinc dolu anlar… Çox təəssüf ki, bu duyğuları yenidən canlandırmaq üçün xüsusi bir vasitə yoxdur! Lakin biz onları balacalar ilə birlikdə yenidən yaşaya və bu anların bütün həyatları boyunca onların xatirinə həkk olunmasına kömək edə bilərik.
Xatirələri dönə-dönə yaşamayan kimisə tanıyırsınızmı? Xəyallara dalmadan, o xəyallardan gerçəkliyə baxmadan yaşamaq mümkündürmü? Əlbəttə ki, yox! Xatirə yaddaşın dərin qatlarında qalmayanda, hərəkətsiz donub qalanda insan da getdikcə yaddaşı kimi yadlaşır.

Xatirələr...
Bəzən sevdiyin bir musiqi eşidərsən. O elə bir musiqidir ki, sanki hər notu xatirələrlə bəstələnmiş... Hər sözü ümidlə yazılmışdı. Sənin mahnın... Bəlkə kimisə xatırladan... Bəlkə nəyisə unutduran... Bir müddət dinləmirsən, sanki unudulur musiqi, unudulur sözləri... Amma təsadüfən o mahnını eşitdikdə sanki o xatirələr, o hisslər, o düşüncələr, mahnının ritmi ilə həyəcanlı ürək döyüntün... Yenidən… amma bunların hamısı mahnı bitənədək. “Bir zamanlar mənim mahnım idi” söyləyən təbəssümün... Və bitdi...
Sevdiyin kitab da belədir. Oxuduqca oxuyursan, qurtarmasını istəmirsən…
Sevdiyin əsər də belədir. Yazdıqca yazmaq istəyirsən… Ötən ilin bu vədələrində Ukraynanın Xarkov şəhərində yaşayan, diaspor işində çalışan hörmətli Kifayət Cəfərovanın təşəbbüsü və təklifi ilə yazdığım və həmmüəllifi olduğu “Yarımçıq qalan ömür” kitabının hazırlığı gedirdi. Kifayət xanım Ukraynadan telefonla bildirmişdi ki, kitab çox maraqlı və oxunaqlı olmalıdır. Həm də tez bir zamanda hazırlayıb çapa vermək lazımdır. Ömrə vəfa yoxdur, yaşlılarımız var, qoy o kitabı onlar da görsünlər, oxusunlar. Qarşıdakı məqsəd aydın idi. Bircə qalırdı onu gerçəkləşdirmək! Özü də tez bir zamanda.
Tez bir zamanda bu işə Hacı İlqar Hüseynzadə qoşuldu, ardınca Kifayət xanımın müdrikyana təklifi əsasında qardaşı Taleh Cəfərov və xalası oğlanları Həsən Abdullayev və Əbdülxaliq Abdullayev də olduqca savab işə dəstək verdilər. Bütün materiallar, xatirələr, rəylər onların vasitəsilə çətinliklə olsa da, toplandı, kitabın əsas qəhrəmanları olan Qafil Qəhrəmanovla Sait Məhərrəmovun ailə albomlarını bəzəyən fotoşəkilləri əlimizdə cəm oldu. İşə həvəslə başladıq.
Mən materiallar üzəfrində işləyərkən qəfildən atam rəhmətə getdi. Bu ağır, kədərli məqamlarda çətinliklə üzləşsəm də, hüznlü anları yaşasam da, məqsədə doğru irəliləyirdik. Kitabı yazarkən Qafilin atası Hüseyn kişinin yaşantıları gözlərim önünə gəldi, etdiyi xeyirxahlıqlar, nəcibliklər əsas motiv kimi diqət mərkəzində qaldı. Hüseyn kişinin ölüm səhnəsi mənim atamın ölüm səhnəsi ilə sanki oxşar idi. Burada bir analoji oxşarlıq gördüyüm üçün bu məsələdə bir az diqqətli olmağa qərar verdim. Beləliklə, göz yaşları içində yazdığım, o anları yaşadığm məqamlarda xatirələr burulğanında sanki əlbəyaxa qaldım, beynimi döyəcləyən qara-qura fikirlərlə əsl savaşa çıxdım. Bu gün də o anları yada salanda, yaşantılarımı, kövrək hisslərimi xatırlayanda məni dəhşət bürüyür. Zaman gələcək, həmin xatirirələr də dilə gələcək, hansısa əsərimin ideya xəttinə çevriləcək…
Hələ ki, ayaq üstədəyəm, əlim, qolum yerindədir, beynim düşünür, gözlərim görür, dilim sərbəst danışır. Xatirələr isə yerindədir. Bu acılı-şirinli xatirələri yazarkən bu yaxınlarda sevimli xalamı, ana nəslimin son yadigarını da itirdim. O mənim dayağım, arxam, güvəncim idi. Xalamım vəfatı ilə bağlı yazdığım xatiratımda qeyd etmidşim ki, atasız günlərimdə mənə ən çox dayaq olan böyük bacım və xalam idi. İkisi də təsəlli (bacıma bir təsəlli verən lazım idi, məni ovundurub özü isə eyvana çıxıb göz yaşları axıdırdı. Çünki o da son dəfə ata həsrəti ilə yaşadı…) verir, hər şeyin ZAMANa ehtiyacı olduğunu bildirirdi. Bu gün xalam da həyatda yoxdur, müəyyən mənada YETİM qalmışam. İndi mənə qalan xatirələrimdir. O xatirələr ki, anam, atam var, o xatirələr ki, babalarım, nənələrim var, o xatirələr ki, bibim, xalalarım var, o xatirələr ki, həyatdan erkən köçmüş yeznəm var. Və o xatirələr ki, bu gün də kənddə öz təsərrüfatı ilə məşğul olan, sevincimi özününkü bilən, kədərimə şərik olan nəslimizin yeganə yaşlı nümayəndəsi olan Sərdar əmim var. Bu gün yeganə təsəlli yerim O və bu yaşadək gəlinbacı deyə çağırdığım ömür-gün yoldaşı Mənzər xanım var…
Xatirələr...
Bəzən çox sevdiyin bir ətir olar. Qoxusunu nəfəsinə içinə çəkdiyin doğma qoxu... Qoxusundan doya bilmədiyin, çox sevdiyin ... Bir müddət istifadə edilmədikdə sanki unudarsan qoxusunu....
Amma təsadüfən doğma qoxunu hiss etdikdə ötən zamanlar, o xatirələr, insanlar bir anlıq gözünün önündən keçər. Bir anlıq o hisslər, bir anlıq o düşüncələr... Bir anlıq ürəyin darıxar, sanki sıxılar. Amma nostalji hisslər qoxu tək uçub gedər. Bir anlıq keçirtdiyin hisslər təmiz havanı nəfəsinə çəkdiyinə qədərmiş...
Elə ata-anamın ətrini də duymaq, bağrıma basıb doyunca qucaqlamaq, iyləmək istəyirəm. Uşaqlıqda, gəncliyimdə iylədiyim kimi! Hərdən paylaşdığım yazılardan sonra dostlar mənə təsəlli verir, valideyn yoxluğunu elə də çox yada salmamağı məsləhət görürlər. Mənim isə yeganə cavabım belə olur: nə qədfər ki varam, sağam, valideynlərimi xatırlayacağam, yada salacağam. Təkcə qəlbimdə, düşüncələrimdə yox, beynimin məhsulu olan yazılarımda, xatirələrimdə… Bu gün də onların ətrini, qoxularını qəbul etmək istəyirəm. Hərdən bu hissi yuxularımda yaşayıram, amma tez də məndən ayrılırlar. İlahi, yuxunu də mənə çox görürmüşsən?!.
Xatirələr...
Yaşananlar əbədi deyil ki... Bitdiyi an bir müddət düşüncələrdə qalır. Daha sonra xatirələrdə yaşayır. Və xatirələrdən də unudulub gedir. Xatırladan olmasa...
Bəzi xatirələri xatırlamaq o xatirələri yaşayanın üzündə təbəssüm yaradır...
Bəzi xatirələri xatırlamaq isə ürəyini ağrıdır...
Bəzi xatırələr hər gözünü yumduğunda hər dəfə sanki yenidən yaşanır. Kaş ki o xatirələr də göz yaşınla süzülüb getsə... Kaş ki gözünü açdığında yuxudan oyandığın kimi, xatirədən də oyanasan... Amma bəzən hisslərimiz insan iradəsindən asılı olmasa da, ən azından onları idarə etməyə yetir.
Gəlin unutqan olmayaq, yaddaşımızı təzələyək! Unutsaq, unudularıq!
Unudulanlardan olmayasınız…

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Arzu Yaqun qızı: FƏDAKAR QADIN - FOTO

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

“Semka” da həbs edildi

KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Paşinyan Putinin andiçməsinə gedəcək?

Tanınmış rusiyalı müxalif yazar həbs olundu

“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir

Prezident Şirvan suvarma kanalının təməlini qoydu

Ələt-Astara magistralında təhlükəli vəziyyət

Çempionlar Liqası: bu gün “Barselona” ev, “Atletiko” səfər oyununa çıxacaq

HƏMAS İsrailə güzəştə getməkdən imtina edib

Netanyahu: “İran İsraili və regionu təhdid edən genişmiqyaslı təcavüz kampaniyası aparır”

Sabiq nazir məhkəmədə: "2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım"

Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

Dünyanın ən varlı məşhurlarının yeni siyahısı – Milyardları var

Sunak İranı təmkinli olmağa çağırdı

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930