Qarabağ Azərbaycandır! (mühaibə iştirakçılarına ithaf olunub)

Baxış Sayı:158

Qarabağ Azərbaycandır! (mühaibə iştirakçılarına ithaf olunub)

Müharibə başladı,
Bircə ayda qocaldım,
Məni yaşadan ancaq ,
Bacımın əziz oğlu,
Nişanlı evladının
Iliq xoş səsi idi.
Şux səsiylə arada,
Zəng edərək deyirdi:
Necəsən əziz xalam?
Deyirdim gözəl balam,
Muğayat ol canından!
Allahıma əmanət
Eyləmişəm mən səni,
Müharibə bitincə,
Sevindir sən də məni!
Keçdi günlər, həftələr,
Gözlədim ümid ilə,
Bəlkə yenə zəng edər!!!
Hər kəsdən xəbər aldım,
Dedilər gözlə gələr,
Hər zaman bilginən ki,
Ənson ümidlər ölər...
Nəhayət bir gün yenə,
Zəng edərək söylədi: -
Şuşa alındı artıq!
Alınacaq inşəAllah
Bölgələr qarış-qarış!!!
Eşidib bu sözləri,
Ruhum eylədi pərvaz,
Dedim ki, əziz balam: -
Allaha əmanətsən,
Dönərsən sağ salamat!!!
Aylar keçdi gəlmədi,
Heç üzümdə gülmədi,
Dörd divar arasında
Qəlbim qübar eylədi.
Hər qapı döyüntüsü,
Düşündürürdü məni.
Gözlərim yolda qaldı,
Hər gələndən soruşdum,
Xəbər verən olmadı.
Şəhid siyahısında
Axtardın onun adın,
Bilirdim uca tutub
Vətənimizin adın!!!
Bir ay öncə zəng gəldi,
Üçünürdu bədənim,
Düşünürdüm xəbərdən,
Dayanacaq ürəyim!
Durdu nitqim, lal oldu,
Salam söyləyən dilim,
Beynimdə min bir fikir,
Sanki durdu ürəyim.
Səs gəldi telefondan,
Məhərrəmim gül balam
Xala qurban boyuna,
Çox sevincli səs ilə,
O, beləcə deyirdi,
Düşmənləri məhv edib,
Zəfər qazanmışıq biz!
Bircə anda hiss etdim,
Onun bu şux səsindən,
Gözlərim yaşla dolub,
Heç özüm də bilmədən.
Məhərrəmim gül balam
Telefonda deyirdi: -
Bilirəm ki, ağlayıb,
Hey dua edirsən sən
Zəng etdim ki, biləsən,
Sağ və salamatam mən,
Artıq bitib davamız,
İnşəAllah çox yaxında
Geri dönəcəyəm mən.
Ağlama, əziz xalam,
Gülsün sənində üzün!!!
Eşidib onun şux səsin,
Şükr etdim Tanrıma,
Dedim ey Rəbbim mənim
Çatmışam muradıma!
Sevincimdən bir anlıq,
Qibtə etdim Bacıma.
Bacım Qazi anası,
Əllərindən öpürəm,
Mərd evladı var onun,
Daima gülsün üzü!
Vətənə sadiq və mərd,
Evlad verən Analar,
Şəhidlik zirvəsində,
Ucalanda adları,
Məğrur baxışlarıyla
Vətən sağ olsun deyən
Qəlbi qubar analar
Şəhla Yaşardır adım,
Qarşınızda baş əyib
Tənzim edib ürəkdən,
Uzun ömür diləyib,
Sizə qibtə edirəm!
Qarabağ Azərbaycandır! (mühaibə iştirakçılarına ithaf olunub)
Qızıl Qələm media mükafatı laureatı Şəhla Yaşar Qızı Qəmbərova, Qəmbərova Şəhla
14.02.2021ci il Bakı Şəhəri

Oxşar xəbərlər
SON XƏBƏRLƏR