Silahlı Qüvvələr Günündə anadan olan, Zəfər Günündə şəhidlik zirvəsinə ucalan cəsur əsgərAzərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə anadan olan və Zəfər Günündə şəhidlik zirvəsinə ucalan Anar Bahadurov son gülləsinədək döyüşərək otuz döyüş yoldaşını ölümdən xilas edib. Anar Bahadurov ilk dəfə həqiqi hərbi xidmətə getdiyi vaxt komandiri olan Şükür Həmidovla birgə Vətən müharibəsində çiyin-çiyinə döyüşüb. Anar ömrünü elmə, insanlığa həsr etməyi qərara alsa da, canını Azərbaycanın ərazi bütövlüyü uğrunda fəda edərək ən yüksək zirvəyə - şəhidliyə ucaldı.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Bahadurov 1992-ci il iyunun 26-da Sabirabad şəhərində dünyaya göz açıb. Orta məktəbə də Sabirabadda gedib. Yeddinci sinifdə oxuyanda Şirvan şəhərindəki liseyə qəbul olub. Liseydə həm dərslərində, həm də ictimai tədbirlərdə fərqlənib, bilik yarışlarında yüksək yerlər tutaraq sertifikatlara layiq görülüb. Məktəbi bitirdikdən sonra 640 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Burada ödənişsiz təhsil aldıqdan sonra xaricdə magistratura oxumaq üçün imtahan verib. Mümkün 100 baldan 95 bal toplayaraq ölkə üzrə beşinci nəticəni göstərib. Ona əldə etdiyi nəticəyə uyğun bir neçə universitet təklif edilib. Anar Bahadurov Köln şəhərində hüquq üzrə magistratura təhsili almaq qərarına gəlib. Lakin seçimini etdikdən sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb. Tərtər rayonunda yerləşən hərbi hissədə - cəbhə zonasında xidmət keçib. 2016-cı ildə hərbi xidmətdən qayıtdıqdan sonra Almaniyaya gedərək təhsilini başa vurub. Almaniyadan gələndən sonra IELTS imtahanı verərək sertifikat alıb, rus dilini mükəmməl öyrənib. Müharibədən əvvəl isə ərəb dilini öyrənməyə başlayıb. Prokurorluq orqanlarında işləmək arzusunda olan Anar Şərq dillərinə və mədəniyyətinə marağı ilə yanaşı, “Qurani-Kərim” oxuyub, din mövzusunda elmi araşdırmalar edib.

Şəhidin atası Süleyman Bahadurov oğlunun uşaqlıq illərindən danışaraq deyib: “Anar uşaq vaxtından çox istiqanlı olub. Evdə bir nəfər özünü narahat hiss kimi, dərhal maraqlanar, kömək etməyə çalışardı. Kiçik qardaşını həddindən çox sevirdi, onun üçün canından belə keçməyə hazır idi. Ona verdiyim cibxərcliyini qardaşı üçün sərf edirdi. O, daim ailəsinə bağlı idi. Bütün qohumlarımız Anarın xətrini çox istəyirdilər. Hətta böyük qardaşım onun ölümünə dözmədi, Anarın şəhid olması barədə xəbər gələndən sonra səhhətində ciddi problemlər yarandı. Anarın dəfnində mənə dedi ki, bundan sonra yaşaya bilmərəm. Elə də oldu. Yanvar ayında qardaşımın ürəyi dözmədi və dünyasını dəyişdi”.

Anarın sentyabrın 27-də orduya çağırıldığını vurğulayan Süleyman Bahadurov deyib ki, onu əvvəlcə təlim üçün Ağcabədi rayonuna apardılar. Sentyabrın 29-da onunla danışarkən dedi ki, Ağcabədi rayonundayıq, Şükür Həmidov da buradadır. Anarın öz komandiri ilə birlikdə olduğunu biləndə ürəyim bir qədər rahat oldu. Daha sonra oktyabrın 3-də zəng edərək mənə Zəngilan rayonunda olduqlarını dedi. Biz onun döyüşlərə qatılmadığını bilirdik. Lakin onun bizim narahat olmamağımız üçün belə dediyini sonradan öyrəndik. Sonradan öyrəndik ki, Anar Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda döyüşlərdə iştirak edib. Bundan sonra o, səkkiz gün bizimlə əlaqə saxlamadı və çox narahat olmuşduq. Silah yoldaşları deyirdilər ki, həmin vaxt onlar Hadrutda səkkiz gün meşədə mühasirədə qalıblar. Daha sonra digər hərbi birləşmələrimiz gəlib onları xilas ediblər. Mənə zəng edəndə dedi ki, əsgər və sinif yoldaşları da onunla birlikdədir. Sonuncu dəfə noyabrın 6-da zəng edərək Qubadlı rayonunda olduğunu deyən Anar bundan sonra Laçın istiqamətində gedəcəklərini bildirdi. Noyabrın 8-də Müzəffər Ali Baş Komandanımız Şuşanın düşməndən azad olunduğunu deyəndə çox sevindik. Lakin noyabrın 9-da səhər saatlarında mənə zəng etdilər ki, Anar şəhid olub. O, noyabrın 8-də səhər saatlarında Qubadlıdan Şuşaya gedərkən dağda döyüş zamanı şəhidlik zirvəsinə ucalıb. Komandiri dedi ki, Zaur və Anar öz canları bahasına 30 nəfərin həyatını xilas etdi. Belə ki, dağda meşə ilə gedərkən hərbçilərimiz qəfildən düşmənin minomyot və snayper atəşinə məruz qalıb. Ancaq öndə gedən Anar və Zaur düşmənlə döyüşə girib, son güllələrinə qədər vuruşublar.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə şəhid ailələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərdiklərini vurğulayan Süleyman Bahadurov bildirib: “Vətən müharibəsində doğma torpaqlarımız uğrunda canından-qanından keçən şəhidlərimizin xatirəsi əbədiləşdirilir, onların ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Biz hazırda Abşeron rayonunun Fatmayı kəndində yaşayırıq. Anar şəhid olduğu gündən indiyədək kənd ağsaqqalları və sakinləri daim mənə dəstək olublar. Anarın xatirəsinə həsr olunmuş bulağın açılış mərasimində Fatmayı kənd bələdiyyəsi və icra nümayəndəsi, ağsaqqallar, kənd orta məktəbinin müəllim və şagirdləri, gənclər və sakinlər iştirak etdilər.

Qeyd edək ki, əsgər Anar Bahadurov Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilan azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Silahlı Qüvvələr Günündə anadan olan, Zəfər Günündə şəhidlik zirvəsinə ucalan cəsur əsgər
Silahlı Qüvvələr Günündə anadan olan, Zəfər Günündə şəhidlik zirvəsinə ucalan cəsur əsgər
Silahlı Qüvvələr Günündə anadan olan, Zəfər Günündə şəhidlik zirvəsinə ucalan cəsur əsgər
Silahlı Qüvvələr Günündə anadan olan, Zəfər Günündə şəhidlik zirvəsinə ucalan cəsur əsgər

Son xəbərlər

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

Rusiyalı jurnalist Ukraynada həlak oldu

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

18 xalları silindi, elitanı tərk edəcəklər

İstanbulda torpaq sürüşməsi baş verib

Qazax sakini: “İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qələbə sevinci yaşadıq” - FOTO

Ərdoğan rumıniyalı həmkarı ilə danışdı

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Zelenski Çasov Yara getdi

İlham Əliyev 4 kəndi də qaytardı

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT

“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq

Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı

Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR

“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb

KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930