İqtisadçı alimlər: Qarabağın iqtisadiyyatı müasir tələblər səviyyəsində yenidən qurulacaqAMEA-nın İqtisadiyyat İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr edilən onlayn tədbir keçirilib.

Turaztv.az xəbər verir: Bu barədə AZƏRTAC-a İqtisadiyyat İnstitutdan məlumat verilib. Tədbiri açan institutun baş direktoru professor Nazim Müzəffərli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm və tarixi Qələbədən danışıb. Bildirib ki, ötən dövrdə Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə Azərbaycan güclü ordu və iqtisadiyyat qurmaqla, düşünülmüş uğurlu daxili və xarici siyasət yürütməklə addım-addım bu qələbəyə doğru irəliləyib: “44 günlük Vətən müharibəsinin hər günü kədər qarışıq sevinclə dolu idi. Şəhidlərimizin cənazələri gəlirdi, amma bununla belə bilirdik ki, qələbəyə doğru bir addım da irəliləmişik. Hər gün ərazilərimizin işğaldan azad olunması ilə bağlı xoş xəbərlər alırdıq. Şuşanın işğaldan azad olunması isə möhtəşəm bir gün, hadisə idi. Əsgərlərimiz şücaət göstərdilər, dünya hərb tarixinə yeni səhifə yazdılar və bizə qürurlu, şərəfli günlər yaşatdılar”.

Nazim Müzəffərli vurğulayıb ki, hazırda Qarabağ çox sürətlə bərpa olunur, yenidən qurulur. Dünyanın heç bir yerində heç vaxt öz vəsaiti ilə bu sürətlə və bu səviyyədə postkonflikt ərazi bərpa olunmayıb. Bu da inanılmaz bir gerçəklikdir. Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ böyük həvəslə, şövqlə yenidən qurulur. Tezliklə insanlar öz yurd-yuvalarına, evlərinə qayıdacaqlar və biz orada əbədi yaşayacağıq.

Professorlar Gülşən Yüzbaşıyeva, Tərbiz Əliyev, Rəna Sultanova, dosentlər Rəsmiyyə Abdullayeva, Samirə Abbasova, Nəsimi Əhmədov və digərləri 44 günlük Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın qətiyyətli addımlarından, uzaqgörən siyasətindən, Xalq-Prezident birliyindən, “Dəmir yumruq” əməliyyatından, tarixi Qələbəyə aparan yoldan danışıblar. Azərbaycan əsgərinin qəhrəmanlıqları, həmin günlərdə xalqımızın birliyi, hamının cəbhə üçün əlindən gələn köməyi göstərdiyi qeyd olunub, qalib xalqın nümayəndəsi kimi keçirdikləri qürur hisslərini bölüşüblər. Erməni işğalçılarının Qarabağda törətdikləri vandalizmdən və dağıntılardan danışıblar. Əminliklə vurğulayıblar ki, Prezidentin rəhbərliyi ilə uğurla həyata keçirilən böyük bərpa işləri nəticəsində tezliklə Qarabağda həyat yenidən canlanacaq. Qarabağın iqtisadiyyatı da elmi əsaslar üzərində ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulacaq, inkişaf yoluna qədəm qoyacaq. Bu işdə Azərbaycan iqtisadçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər.
İqtisadçı alimlər: Qarabağın iqtisadiyyatı müasir tələblər səviyyəsində yenidən qurulacaq
İqtisadçı alimlər: Qarabağın iqtisadiyyatı müasir tələblər səviyyəsində yenidən qurulacaq
İqtisadçı alimlər: Qarabağın iqtisadiyyatı müasir tələblər səviyyəsində yenidən qurulacaq
İqtisadçı alimlər: Qarabağın iqtisadiyyatı müasir tələblər səviyyəsində yenidən qurulacaq

Son xəbərlər

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031