Xəbərlər
4.11.2021, 22:34
Azərbaycan dünya çempionatlarında 20-ci medalını qazanıb
Məhəmməd Abdullayev (+92 kq) Azərbaycan boks yığmasının tarixinə düşüb.
AZƏRTAC xəbər verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub. Belə ki, “Baku Fight Lab”ın üzvünün əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc medal kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.
Qeyd edək ki, M.Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay