Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanı qəbul edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, nazir Qordan Grliç Radman Xorvatiya rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiya rəhbərliyinə çatdırmağı xahiş etdi.

Görüşdə Qordan Grliç Radmanın Azərbaycana səfərinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan-Xorvatiya əlaqələrinin inkişafından məmnunluq ifadə edildi, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulandı, turizm sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı, enerji, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Söhbət zamanı Xorvatiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olduqları bildirildi.

Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinə toxunuldu və Xorvatiyanın bu məsələdə hər zaman Azərbaycanı dəstəklədiyi vurğulandı.

Son xəbərlər

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Baltimorda körpünün uçması nəticəsində 6 nəfər ölüb, 7 nəfər ağır yaralanıb

Ərdoğan dünya ictimaiyyətini İsrailə təzyiqi artırmağa çağırıb

Ərdoğan “Crocus City Hall”dakı hadisəni qəddarlıqla törədilmiş terror aktı adlandırıb

Avropa İttifaqı Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırıb

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031