Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyir

Baxış Sayı:100

Şahmatçımız Şiroğlan Talıbov Avropa çempionatında maksimum nəticə ilə irəliləyirMüxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında şahmatçılarımızın çıxışı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçilərimizdən ən yaxşı nəticəni 16 yaşlı şahmatçılar arasında açıq yarışda Şiroğlan Talıbov göstərib.

Şahmatçımız 4 turun nəticəsinə görə, maksimum xalla turnir cədvəlində liderliyi ələ keçirib. Həmin yaş qrupunda qızlar arasında isə Ayan Allahverdiyeva liderlər qrupunda mübarizə aparır. Digər təmsilçilərimizdən Uğur İlyaslı (18 yaş), Nərmin Abdinova (14 yaş) 4 turdan 3,5 xal toplayıblar.

Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR