Romadakı həmvətənlərimiz şəhərin əsas meydanlarından olan “Piazza del Popolo”da dinc aksiya keçiriblər

Baxış Sayı:104

Romadakı həmvətənlərimiz şəhərin əsas meydanlarından olan “Piazza del Popolo”da dinc aksiya keçiriblərVətən müharibəsinin ildönümü ərəfəsində Azərbaycan-İtaliya Birliyinin təşkilatçılığı ilə oktyabrın 17-də İtaliyanın paytaxtı Romanının əsas meydanlarından olan “Piazza del Popolo”da dinc aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, İtaliyadakı Azərbaycan icmasının nümayəndələri və Romada təhsil alan tələbələr aksiyada ötən il oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinin mərkəzi hissələrini raket atəşinə tutmasına, bu xain hücum nəticəsində ölənlər və xəsarət alanlara dair məlumatların, eləcə də Azərbaycan həqiqətlərinin və “Qarabağ Azərbaycandır!” şüarının əks olunduğu plakatlar nümayiş etdiriblər.

Aksiya çərçivəsində italiyalı musiqiçilərin ifasında hər iki ölkənin klassik və xalq musiqi nümunələri təqdim olunub, “Sarı gəlin” xalq mahnısı xüsusi maraqla qarşılanıb.

Dinc aksiyanı izləyənlərə və meydandan keçənlərə Azərbaycan həqiqətlərinə dair xüsusi olaraq hazırlanmış məlumat vərəqələri, broşürlər və təbliğat materialları paylanılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Oxşar xəbərlər
SON XƏBƏRLƏR