turaztv.az
turaztv.az

YAP-dan Bələdiyyə seçkiləri ilə bağlı açıqlama: 18 MİN NAMİZƏD

6-08-2019, 16:11 51 dəfə baxılıb

YAP-dan Bələdiyyə seçkiləri ilə bağlı açıqlama: 18 MİN NAMİZƏD
"Azərbaycanda bələdiyyə seçkiləri dekabr ayında keçiriləcək. Qanunvericiliyə uyğun olaraq, 2 ay əvvəl seçkiqabağı təşviqat prosesi başlanacaq”.

Bu barədə Modern.az-a Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov danışıb. S. Novruzov partiyanın bu seçkilərdə də aktiv iştirak edəcəyini diqqətə çatdırıb:

"Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı olub ki, seçkilərə hazırlıq başlansın. Adətən bələdiyyə seçkilərinə 1 il öncədən hazırlıq həyata keçirilir. Sonuncu iclasda YAP İdarə Heyəti qərar verdi ki, bələdiyyə seçkilərinə hazırlıq artıq başlanmalıdır. Bununla əlaqədar YAP-nın rayon və şəhər təşkilat sədrləri toplandı. Hamısına tapşırıqlar verildi. Bələdiyyə seçkiləri digər seçkilərdən daha ağırdır. Çünki təkcə bu il YAP-dan təxminən 18 minə yaxın namizəd irəli sürüləcək. Biz namizədləri müəyyənləşdirmə prosesində gənclər və qadınlara üstünlük verməyə çalışırıq. YAP hər bir seçki dairəsində namizədini irəli sürəcək. Builki bələdiyyə seçkilərində həm müşahidəçi, həm məşvərətçi komissiyanın üzvü, həm də namizədlər - hamısı bir yerdə 100 minə yaxın insan seçkilərdə iştirak edəcək. 18 min YAP namizədinin hərəsinin 70 səhifə sənədi hazırlanır, dairə seçki məntəqələrinə aparılır. Biz tam olaraq, namizədlər haqqında 100 min səhifədən artıq materialı Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ÇOX BAXILAN
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Yanvar 2020 (233)
Dekabr 2019 (395)
Noyabr 2019 (407)
Oktyabr 2019 (441)
Sentyabr 2019 (331)
Avqust 2019 (280)