Prezident Rəcəb Tayyib Ərdoğan: İğdırdan Azərbaycana yol çəkəcəyik
Ankara, 23 sentyabr, AZƏRTAC
Hazırda atdığımız addımlar əsasında biz İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox əhəmiyyətli bir addım olacaq.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda yeni istifadəyə verilən Türk Evindəki açıqlamasında ifadə edib.
Türkiyə-Rusiya münasibətlərinə də geniş yer ayıran dövlət başçısı Rəcəb Tayyib Ərdoğan deyib: “Bizim beştərəfli və yaxud altıtərəfli platforma dediyimiz format var. Hazırda bu məsələ ilə bağlı Paşinyandan müsbət siqnallar gəlir. İndi bu müsbət siqnallarla bərabər, bu məsələdə bəzi addımlar da atacağıq. Yəni bölgəni sülh nöqtəsindən də yaxşı bir mərhələyə gətirmək fürsətini qazanmış olacağıq”.
Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə vurğulayıb ki, sentyabrın sonunda Rusiya Prezidenti Vladimir Putin ilə nəzərdə tutulan görüşdə bu məsələlər gündəmdə olacaq və Türkiyə-Rusiya münasibətləri daha güclü və fərqli bir mərhələyə qədəm qoyacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay