Xəbərlər
30.07.2019, 17:13
Bakıda iki kişi intihara cəhd edib - YENİLƏNİB
Bakıda intihara cəhdin qarşısı alınıb.
Oxu.Az-ın məlumatına görə, Nizami rayonunda iki kişi avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üstünə çıxaraq intihara cəhd edib.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları kişilərlə danışıqlar apararaq, onları intihar fikrindən daşındırmağa nail olub.
12:26
Bakıda iki kişi intihara cəhd edir.
Oxu.Az-ın məlumatına görə, şəhərin Nizami rayonunda iki nəfər avtomobil yolunun üzərində quraşdırılmış dəmir konstruksiyanın üstünə çıxaraq intihara cəhd edir.
Onların niyə intihara cəhd etdiyi hələlik məlum deyil.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay