Müharibə + İnnovativ Müqavilə...

Baxış Sayı:3 444

Müharibə + İnnovativ Müqavilə...Dəyərli oxucularımın diqqətinə çatdırım ki, son vaxtlar ölkəmizin sərhədlərində, təmas xəttində hətta Naxçıvanda tez-tez mənfur düşmənlərimiz böyük bacılarına arxayın olaraq böyük çaplı silahlardan bizə qarşı atəş açmaqda, təxribat və gərginlik yaratmaqda davam edirlər. Baxmayaraq ki, illər boyu beynəlxalq səviyyədə qətnamələr qəbul olunub, dialoqlar aparılıb,tərəfimizdən onlara iqtisadi şərait yaradılıb, əsrlərinə kimi qaytarılıb və.s.
Sülhə çağırırıq, haqqa çağırırıq və revanşist qüvvələrə deyirik: - gönü qalın olmayın, vandallığınızdan, barbarlığınızdan, özgə torpağından, siyasi rəqslərinizdən əl çəkin!

Sizə ən sərfəli, səmərəli olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyənatın müddəalarına əməl edin! Əks təqdirdə davranış və iddialarınız sizi Yerevanın intiharına aparır. Həmin bu kapituliyasiya aktı bizim üçün isə yeni tarixdə əsas sənəddir. Nə qədər ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putindirsə həmin bəyənatdan irəli gələn bütün müddəaları qısa zaman kəsiyində tam həyata keçirməyimiz çox vacibdir. Belə ki, həmin bəyənatda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun yox, birbaşa Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mübarək imzası var. Həmin imza Rusiya Federasiyasının- rus xalqının imzası deməkdir. O hegomon imzanın qarşısında nəhəng akula dövlətlər ABŞ, Fransa, Almaniya və.s davam gətirə bilmirlər! Amma çox əfsuslar olsun ki, xain Qaragin Nijdelər var. İrəvana-Yerevan,olmayan vətənə vətən deyəndə ermənilərin vətən sevgisi bərabər olur 10 mindən çox fərariyə.Onlardan fərqli olaraq bizdə isə ANA+VƏTƏN=ANA VƏTƏN!
1941-45-ci illərdə Həzimiz,Nəcəfqulumuz, Mehdimiz olub. Onlar da belə deyib:- İrəli, irəli Ana Vətən uğrunda! Bax, satqın Qaragin Nijdə kimilər yox əsil vətən sevgisi bizim qəhrəmanların sevgisi kimidir.
Paşinyan, unutma ki, şəxsən sənin bu bəyənatda imzan var!

Canım mənim!
Qədim doğma Azərbaycanım mənim.
Nənəmin nalçası həm də xalçası,
Dünyaya səs salıb Vətən deyəcək,
Azərbaycan deyəcək!
Mikoyanlar, dığalar,
Qarabağ əvəzinə,
Qulağın ardını görəcək.
Bağışla, Qarabağ sizindir,
Sizin deyəcək!
Tezliklə Paşinyan öz imzasıyla,
10 noyabr 2020-ci il tarixli,
Üçtərəfli bəyanatı,
Təsdiq edəcək! Etdi artıq!
Özü hamıdan yaxşı bilirdi,
Kapituliyasiya aktına,
Təslim ol aktına,
Ağ bayrağla birlikdə,
Necə,nə vaxt, harda?
Hansı şəraitdə qol çəkəcək!
Çəkdi artıq!
Onun dalında duranlara
Min dəfə lənət deyəcək!
Paşinyan yadda saxla,
Haqqa gəl!
Çünki haqq mənəm haqq məndədir,
Onu bilki PUA-da,
Texnika da məndədir,
PUA-nın açıqlamasın,
Oxuyarsan bilərsən,
Bəlkə 44 günü yada salıb ağıla gələsən!
“Paşinyan, uduzdunsa ağıllan”!
Get Sorosdan,ABŞ dan,
Fransadan biraz da yallan.
PUA-qanmazı qandırandır,
Əgər Paşik qanmırsa,
Onu odlayıb,yandırandır!Yalnız ağıllan!
Atəşkəs olunsa da, rejimin tələblərinə,
Əməl etmirsən sən!
Azərbaycanın bütövlüyünü tezliklə.
Görəcəksən sən!
Bəhs olunan üçtərəfli bəyanatın,
Üçüncü və beşinci bəndinə diqqət yetirək.
Odlu silahlı 1960 sayda hərbi qulluqçusunu,
DQ təmas xətti və Laçın boyunca yerləşdirək.
Sülhməramlı kontingentlə atəşkəsə nəzarəti,
Daha da gücləndirək!
Müharibə+İnnovativ Müqavilə=Qələbə!

ARDI VAR...


Müharibə + İnnovativ Müqavilə...
Müharibə + İnnovativ Müqavilə...
Müharibə + İnnovativ Müqavilə...
Hamlet Tofikoğlu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR