“Avro-2020”: İtaliya və İngiltərə komandalarının start heyətləri açıqlanıbFutbol üzrə Avropa çempionatının final matçında üz-üzə gələcək İtaliya və İngiltərə yığmalarının start heyətləri açıqlanıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Uembli” stadionunda keçiriləcək oyunda İtaliya millisinin heyətində meydana Canluici Donnarumma, Emerson, Ciorcio Kellini (k), Leonardo Bonuççi, Ciovanni Di Lorenzo, Jorcinyo, Marko Verratti, Nikolo Barella, Federiko Kiesa, Lorenso İnsiqne və Ciro İmmobile çıxacaqlar.


İngiltərə yığmasının start heyətində isə Cordan Pikford, Luk Şou, Harri Makuayr, Con Stons, Kayl Uolker, Kieran Trippier, Deklan Rays, Kalvin Filips, Meyson Maunt, Rahim Sterlinq və Harri Keyn (k) yer alıblar.

Saat 23:00-da başlayacaq qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edəcək.

Bu komandalar indiyədək 27 dəfə qarşılaşıb. Onların 10-da İtaliya, 8-də isə İngiltərə millisi qalib gəlib. Doqquz oyun heç-heçə başa çatıb. Top nisbəti ingilislərin xeyrinədir – 33:31.

Çempionatda son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb. Apennin təmsilçisi yarımfinalda İspaniyanı (1:1, penalti 4:2) məğlub edərək finala yüksəlib.

“Avro-2020”nin D qrupunda yer alan İngiltərə seçməsi isə Xorvatiya və Çexiya millilərinə minimal hesabla qalib gəlib (1:0), Şotlandiya ilə qolsuz heç-heçə edib. Komanda səkkizdəbir finalda Almaniyanı (2:0), dörddəbir finalda Ukraynanı (4:0), yarımfinalda isə Danimarka (2:1) millisini mübarizədən kənarlaşdırıb. Qeyd edək ki, İngiltərə millisi yarımfinal mərhələsinə kimi qapısını toxunulmaz saxlayan yeganə komanda idi.

Xatırladaq ki, 1960-cı ildə keçirilən ilk Avropa çempionatının qalibi SSRİ yığması olub. Avropa çempionu titulunu ən çox Almaniya (1972, 1980, 1996) və İspaniya (1964, 2008, 2012) milliləri qazanıblar.

Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupunun üç görüşünə və dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edib. İyunun 12-də Uels-İsveçrə (1:1), 16-da Türkiyə-Uels (0:2), 20-də İsveçrə-Türkiyə (3:1) qarşılaşmaları Bakıda oynanılıb. Çempionatın dörddəbir final mərhələsi çərçivəsində iyulun 3-də Bakıda Uels - Danimarka (0:4) görüşü keçirilib.

Son xəbərlər

DGK: Mərkəzi Gömrük Ekspertizası İdarəsinin xidmətləri ilə bağlı respondentlərin 82 faizi məmnunluğunu ifadə edib

Mahmud Abbas Türkiyəyə səfər edib

Prezidentin köməkçisi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Günəşin və işıqlı həyatın rəmzi - Od çərşənbəsi

Türkiyənin müdafiə naziri: Regionda terrorçuların fəallığı faktiki olaraq sıfıra endirilib

“Qarabağ”a qol vuran futbolçu 20 milyona satıldı

İstanbulda zəlzələ olub

İsrail BMT-dəki daimi nümayəndəsini geri çağırdı

N saylı hərbi hissənin əsgərinin odlu silahdan istifadə etməklə özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb

Almaniyada naməlum şəxs xəstəxanada insanları girov götürüb

“PUA satışında zirvədəyik” - Ərdoğan

Azərbaycanla Türkiyə arasında ekoloji sahədə əməkdaşlıq müzakirə edilib

Bayden Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

BDU-nun II kurs tələbəsi VƏFAT ETDİ - FOTO

Azərbaycanda dörd böyük xəstəxanaya yeni direktor TƏYİNATLARI - FOTO

Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb

Teleqramın işində problem yarandı

Türk lirəsi ilə ticarətin həcmi son 2 ayda 200 milyardı aşıb

Qrossi Rusiyaya gedəcək

Gəncə İcra Hakimiyyətində əməliyyat keçirildiyi təsdiqləndi

"Fənərbaxça" - "Qalatasaray" matçının saatı dəyişdirildi

“Kişilik məktəbi”: Hərbi çağırış sistemindən yenilik nələr vəd edir...

Gürcüstanda xərçəng xəstələri etiraza qalxdı - Baş nazirlə görüş tələb olunur

“AŞPA-dakı çirkin kampaniya nümayəndə heyətimiz üçün dözülməz olub”

İrəvanda saxlanılan hərbçimizin atası: Görüş olacaq

Buraxılış imtahanının nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ

Ermənistan və Azərbaycan sülhə ilk dəfədir ki, bu qədər yaxındır - Türk deputat

Azərbaycanda kino ittifaqları birləşir - İkitirəliyə son verilir...

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031