Xırdalanda itkin düşən qadının Türkiyəyə getdiyi məlum oldu
Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızının Türkiyəyə getdiyi məlum olub.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib.