"Bəlkə açasan gözünü"-Arif Musa

Baxış Sayı:1 356

"Bəlkə açasan gözünü"-Arif Musa


"Turaztv.az" saytı sizlərə Azərbaycan mətbuatında eləcə də Respublikada öz ziyalılığı ilə sayılıb sevilən tanınmış şair,
"Söz qəzetinin" təsisçisi və Baş redaktoru. şair-publisist Arif Musanın
"Bəlkə açasan gözünü" adlı yeni yazılmış şerini təqdim edir:

Bəlkə açasan gözünü

Qulağıyla sevən gözəl,
Bəlkə açasan gözünü.
Deyilənlər doğru çıxmaz,
Qınayarsan öz-özünü.
Bəlkə açasan gözünü.

Peşman olmaq fayda vermir,
Harayına hay da vermir.
Bu sevgidən pay da vermir,
Çalış itirmə izini,
Bəlkə açasan gözünü.

Aldatmasın pullar səni,
Hər açılan qollar səni.
Çaşdırmasın yollar səni,
Doğru yola tut üzünü,
Bəlkə açasan gözünü.

Həyat sənin, yol sənindir,
Ürəyini dinlə, gözəl.
Bu xoşbəxtlik geci, tezi,
Olacaqdır sənlə, gözəl.
Bilmək üçün sən düzünü,
Bəlkə açasan gözünü.


ARİF MUSA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR