Ter-Petrosyan Qasparyanı dəstəklədi, Koçaryanın əleyhinə çıxdı

Baxış Sayı:172

Ter-Petrosyan Qasparyanı dəstəklədi, Koçaryanın əleyhinə çıxdıErmənistanın birinci prezidenti Levon Ter-Petrosyan Silahlı Qüvvələrin Baş Qərargahı ilə bağlı qalmaqala münasibət bildirib.

Turaztv.az Sfera.az-a istinadən xəbər verir ki, Petrosyan erməni KİV-lərində dərc olunmuş məqaləsində Baş Qərargah rəhbəri Onik Qasparyanın hərəkətlərini "dövlət düşüncəsinin təzahürü" kimi qiymətləndirib.


O, yüksək vəzifəli hərbi komandirlərin narazılığını və ordunun siyasi proseslərə faktiki müdaxilə etmək istəyini tamamilə başa düşdüyünü qeyd edib: "Səbəb baş nazirin alçaldıcı məğlubiyyətdə ordunu günahlandırmaq üçün ehtiyatsız cəhdindən başqa bir şey deyil".

Eyni zamanda, birinci prezident bəzi qüvvələrin onları antikonstitusion aksiyalara sürükləmələrinə imkan verməyən generalların təmkinli davranışlarını alqışlayıb.

Ter-Petrosyan ordunun bu davranışını dövlət düşüncəsi və ölkəni sarsıntılardan qorumaq üçün səmimi bir istək nümunəsi kimi qiymətləndirib:

"Bəzi siyasətçilərin ritorikasını həddən artıq təhlükəli və qınağa layiq hesab edirəm. Bir sıra ölkələrin uğurlu təcrübələrini nümunə kimi göstərib (Misir, Şimali Koreya) hərbi çevrilişi dövləti yaxşılaşdırmaq üçün bir vasitə kimi təqdim etməyə çalışırlar. Əlbəttə ki, müsbət nümunələr var, lakin hərbi çevrilişlər qalıcı hala gəldikdə dövlətçiliyin məhvinə və xalqların əzablarına səbəb olur (Əfqanıstan, Sudan, Nikaraqua, Haiti, Dominikan Respublikası, Liviya, İraq, Suriya, Livan nümunəsi). Bütün qüvvə və resurslarla bu ölkələrin acı taleyinin Ermənistanda təkrarlanmasının qarşısını almaq lazımdır".

Qeyd edək ki, daha əvvəl ikinci prezident Robert Koçaryan Misir və Cənubi Koreyanın nümunələrinə istinad edərək, böhrandan çıxma mexanizmi kimi Ermənistanda hərbi çevriliş ssenarisini dilə gətirib. (Azvision.az)

Oxşar xəbərlər
SON XƏBƏRLƏR