Arzularımı reallığa çevirən böyük Sərkərdə İlham Əliyev

Baxış Sayı:314

Arzularımı reallığa çevirən böyük Sərkərdə İlham ƏliyevMüzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev Qələbəmizin tarixi şəxsiyyətidir. Qələbə tarixini bizə yaşatdığı üçün İlham Əliyevlə, onunla 44 gün birlikdə olaraq dəstək vermiş Mehriban xanım Əliyeva ilə qürur duyuruq. Hər bir Azərbaycan vətəndaşı kimi, qalib millətin nümayəndəsi olduğum üçün onlara minnətdaram. "Qarabağ Azərbaycandır!” ifadəsi mənim həyatımın əsas yaradıcı hissəsinə çevrildi. Biz də öz fəaliyyətimizlə, gündəlik həyatımızla müqəddəs tariximizi əbədi yaşadacağıq. Cənab Prezidentin gücü bizə güc verir. Mənim hər zaman arzum olub ki, Azərbaycanın əbədi və əzəli torpaqlarına qədəm basım, torpağının üztündə gəzim. Ali Baş Komandanımızın sayəsində arzularım reallığa çevrildi. Tezliklə bizim ayaqlqımızın izləri, səsimiz Qarabağdan, mədəniyyətimizin beşiyi olan Şuşadan və digər müqəddəs torpaqlardan gələcək. İncəsənətin ürəyi hesab olunan müqəddəs torpaqlarda firavan Azərbaycan dövləti əbədi yaşayacaq. Ölkə rəhbərinə sonsuz inamı olan bir sıravi vətəndaş kimi hər zaman çalışacağam ki, azərbaycanlı adını mən də öz işimlə doğruldum.
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, hünərli Ordumuzun fədakarlığı sayəsində Azərbaycanın necə qeyrətli xalq olduğunu bütün dünya bildi. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza sonsuz sevinc anları bəxş etdi, millətimizi qalib xalq zirvəsinə yüksəltdi. Biz fəxr edirik ki, onun kimi Müzəffər Ali Baş Komandanımız var və şükür edirik ki, tarixə qızıl hərflərlə yazılacaq Qələbəni görmək bizə də nəsib oldu. Cənab İlham Əliyev – böyük Sərkərdə Azərbaycanın Milli Qəhrəmanıdır! Yaşasın Azərbaycan, yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

Ağsaqqal ziyalı, “Tərəqqi medallı”, "Vətən naminə" medallı, “Əməkdar müəllim”
Mirqabil Hüseynov - Masallı rayonu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR