Dövlət Komitəsindən özünü 20-ci mərtəbədən atan gənc qızla bağlı AÇIQLAMA

Baxış Sayı:316

Dövlət Komitəsindən özünü 20-ci mərtəbədən atan gənc qızla bağlı AÇIQLAMABakıda gənc qızın valideynləri tərəfindən təzyiqlərə məruz qaldığı üçün intihar etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

Turaztv.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O, qeyd edib ki, məsələ Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

"Hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmalardan sonra ictimaiyyətə yekun məlumat veriləcək", - o əlavə edib.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva fevralın 19-da Bakının Xətai rayonu, Yeryemenko küçəsində yerləşən çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Daha sonra qızın intihar etməsinə valideynlərinin səbəb olduğu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR