Qələbəniz, ad gününüz , şad gününüz mübarək!

Baxış Sayı:922

Qələbəniz, ad gününüz , şad gününüz mübarək!

Noyabrın 7-si sənin ad günün,
8-i Qələbən, 9-u Bayraq günün,
Mübarəkdir mübarək!
Hüseyn bala Qələbəyə 1 gün qalmış,
Tamamladın 8 yaşı, sevir onu atası,
Anası həm də qardaşı.
Hüseyn sevir torpağını, Vətənini elini,
Həm də sevir məktəbini dərslərini,
Yaxşı bilir biliklərin məsgənini.
Hal-hazırda məktəbdə sən 3-cü sən,
Maşallah, oxumaqda, öyrənməkdə 1-ci sən,
Sənin 8 yaşın oldu tamam AD gününü təbrik edir:
Baban, nənən bir də müəllimən.
Çalış, əla öxu yarat ucal sən,
Bu gün düşmən üçün 8 yaşlı çəpərsən.
Balaca ürəyin deyir: Hüseyn sən Vətənpərvərsən!
Geymisən əyninə Qələbə üçün hərbi paltarın.
Sabahı gün qardaşınla birlikdə,
Yellənəcək əlinizdəki qələbə bayraqları,
Hərbi salamını əsgərlərə tez yetir barı.
Darıxma, 5-ci sinifdə kursant olarsan,
Bütöv sərhədlərimizi qardaşınla qoruyarsan.
Yaxşıdan yaxşı ol, ey böyük nəvəm,
Sizlərlə fəxr edir bu gözəl Vətən!
Nənən deyir: Mənim balam ağıllı və bal balam,
İbrahimə, Yusifə onlara qardaş balam,
Adlarınıza qurban deyib, gərək sizə yalvaram.
Ay bibinin xalanın, əminin həm də dayının,
Olmusuz siz sevimlisi.
Ay atanın gül üzlüsü, 8 yaşın mübarək!
8-i Qələbən, 9-u Bayraq günün,
Mübarəkdir Mübarək!
2 dövlət 1 millət, ikisi bir candır,
Damarınızda axan saf təmiz bir qandır,
Əbədi bilin ki, Qarabağ Azərbaycandır!

Qələbəniz, ad gününüz , şad gününüz mübarək!

BALACA YUSİF

Anasını gözləyir
Balaca Yusif yenə.
Anam işdən gələndə
Banan alacaq mənə

Nənəsinə deyir ki,
Dadlı yemək bişirək,
Bir təzə çay dəmləyək,
Alaq ətirli çörək.

Ana,tez gəl,hardasan,
Axı çox darıxıram.
Pəncərədə əyləşib,
Tez tez yola baxıram.

Nənəsini çox sevir,
Bizim balaca Yusif.
Axı kim ola bilər
Dünyada ondan şirin.

Hamlet Tofiqoğlu

Oxşar xəbərlər
SON XƏBƏRLƏR