SƏDAQƏTLİ DOST, İŞGÜZAR İNSAN-TƏBRİK!

Baxış Sayı:1 041

SƏDAQƏTLİ  DOST, İŞGÜZAR İNSAN-TƏBRİK!Dostumuz, gözəl insan, gözəl ailə başçısı Hamlet müəllimin bu gün ad günü, şad günü, özəl günüdür!
Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir axı… Hakim odur… İllər, saatlar, saniyələr onun hökmüylə dönür… Bəs görəsən niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik… Bəlkə qayğılardan məsuliyyətdən qaçmaq istəyirik… “keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”- deyirik… Amma hər halda geridə buraxdığımız acılı-şirinli günlərlə, anlarla, saniyələrlə bərabər yaşadığımız hər yaş bizimdir… Elə yaşamalıyıq ki, geri boylandıqda etdiyimiz əməllərdən xəcalət çəkməyək, əksinə yaşadıqlarımızdan qürur duyaq, onu gələcəyimizə bir stimul, bir bünövrə hesab edək…
Hə bu gün sədaqətli dost, ziyalı, vətənpərvər,elinə-obasına sadiq insan,gözəl ailə başçısı, hüquqşünas Hamlet Tofiqoğlunun ad günü və şad günüdür.
Əziz dost! Bu illərin sınağından keçərək növbəti ad gününü keçirirsən. Sənə cansağlığı, uzun ömür, xoşbəxtlik, sağlam həyat, ailə səadəti, nəvə toyu arzulayırıq. Qoy başının üstündəki buludlar tez bir zamanda yox olsun, üzünü açıq səmaya doğru tutasan. Doğum günün mübarək!

"Turaz TV"-nin və "Ədalət və Həqiqət" Beynəlxalq ictimai-siyasi hüquq qəzetinin
Baş redaktoru Cəmil Zəbhullaoğlu
"Carçı TV"-nin və "AD günü" jurnalının
Baş redaktoru Rahib Kərimli

Oxşar xəbərlər
SON XƏBƏRLƏR