Nesr
12.11.2019, 20:45
Lerik
Yurdumun gözəl guşəsi,
Yaşıl rəngarəng meşəsi.
Ətirli gül. Bənövşəsi,
Doymaq olmaz Səndən,Lerik!
Yaranandan çox gözəlsən,
Hər addımda bir qəzəlsən.
Yüksəkdən də sən yüksənsən,
Gözəllikdə təksən Lerik!
Çox gözəldir insanların,
Vüqarlı sıra dağların.
Gur çayların, bulaqların,
Dərdlərin dərmanı Lerik!
Ağsaqqallar diyarısan,
Vətənimin dayağısan.
Gözəllərin oylağısan,
Başımızın tacı Lerik!
Şairəddin Calalov
Lənkəran 02.2016
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay