ONLAR XALQA XİDMƏT EDİRLƏR...
Bədən sağlam olsa, saf olar söz də.
Süst adam süst olar, bədəndə, sözdə,
Həkim xəstələrə eyləyər əlac,
Xəstələnsə, olar özgəyə möhtac.
Nizami Gəncəvi.


Məqaləyə dahi Nizamidən gətirdiyim bu iqtibasla başlamağımınn bünövrəsində, gecə-gündüz insan sağlamlığının keşiyində duran təbiblərin cəmiyyətdə tutduqları mövqe və onlara olan insani münasibətləri müəyyən etmək və bunun hansı səviyyədə olmasını öyrənmək dayanır.

Əgər dünyanın müxtəlif dövlətlərinə qiyabi və qısa ekskursiya etmiş olsaq, görərik ki, hər bir ölkənin səhiyyə sistemi onun iqtisadi, elmi potensialına uyğun olaraq formalaşıbdı. Sözsüz ki, Azərbaycan burda istisna təşkil edə bilməz. Məhz, bu nöqteyi-nəzərdən çıxış edərək bir çox ölkələrlə müqayisədə özümüzü xoşbəxt hesab edə bilərik. Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi fikirlər bunun böyük həqiqət olduğunu bir daha təsdiqlədi.

ONLAR XALQA XİDMƏT EDİRLƏR...

O, dedi: Azərbaycanda “640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün şəhərlərimizdə,-bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın zamanlarda bu işlər görüləcək,-ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar var. Bakı şəhərində səhiyyə sahəsində çox böyük işlər görülüb, yeni xəstəxanalar, tibb müəssisələri yaradılıb”.

Cənab Prezidentin dediklərinə əsaslanaraq tam əminliklə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasını buna misal göstərə bilərik. Xeyli vaxt idi ki, bu xəstəxananın tibbi xidmətindən istifadə etmirdim. Həyat elə gətirdi ki, bu yaxınlarda bu xəstəxananın həkimlərinə müraciət etməli oldum. Bəri başdan demək istəyirəm ki, gördüklərim məni valeh və heyran etdi, birsözlə, cənab Prezidentin dediklərinin faktiki nümunəsini burda gördüm.

Xəstəxananın müasir səviyyədə yenidən təmir olunması, müasir lift sisteminin xəstələrin tələbatına tam cavab verməsi, işıqlı, həmçinin duş ilə təmin olunan palataların mövcudluğu, kabinələrin çağdaş tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin olunması, yüksək səviyyəli həkim və tibb bacılarının diqqət və qayğısı, xəstələrin gündə üç dəfə keyfiyyətli isti yeməklə və iyirmi dörd saat qaynar çayla təmin olunması, dövlət hesabına dərman-preparatlarının təminatı və xəstəxananın yaşıllığa qərq olan həyəti, sanki xəstəxananı sanatoriya səviyyəsinə qaldırır. Bütün bunlar Azərbaycan dövlətinin bu günkü reallığından xəbər verir.

ONLAR XALQA XİDMƏT EDİRLƏR...

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının bu yüksəlişə nail olmasında, öz istedadı, fədakar əməyi, vətəndaşlara olan xüsusi məhəbbəti, yüksək insani keyfiyyətləri ilə seçilib-sayılan Baş həkim cənab Telman İbadovun xüsusi xidmətləri var. Onu dəyərləndirməmək qeyri mümkündü və bizim imkanlarımız xaricindədi.

Xəstəxana ilə bağlı ümumi sualı cavablandıran cənab Telman İbadov bunları dedi: “Məlumat üçün bildirim ki, Respublika Klinik Xəstəxanasında 2 ədəd generator (450-490 mq gücündə) var. Ümumiyyətlə, bizim xəstəxanada təmirdən sonra palatalar 2 nəfərlikdi, həm dəhlizdə, həm də palatalarda çoxlu soyuducu aparatlar qoyulmuşdu. Hər bir otaqda sərinlənmək üçün duşlar var. 24 saat müddətində şöbə isti və soyuq su ilə təmin olunur. Elektrik sistemində baş verən qəza zamanı bizim xəstəxanada mövcud olan iki generator avtomatik olaraq işə düşmüş və bütün müəssisəni elektrik enerjisi ilə təmin etmişdi. Onu da qeyd edim ki, məlum enerji qəzası zamanı-işıq olmayan gecə bizim xəstəxanada 3 nəfər əməliyyat və 3 doğuş, reanimasiyada isə 50-yə yaxın xəstə olub, onların bəziləri oksigen təminatındadı, süni tənəffüs aparatına qoşulublar. Yeni doğulmuşlar küveyz aparatında saxlanılır. Xəstəxananın reanimasiya şöbələrində, doğum evində, əməliyyat blokunda, liftlərdə 24 saat müddətində, fasiləsiz enerji vardı ki, bu da ümumi işin pozulmamasına səbəb olur”.

ONLAR XALQA XİDMƏT EDİRLƏR...

Xəstəxanada müalicə aldığım müddət ərzində, bir jurnslist kimi, həm “Endokrinologiya şöbəsi”ndə, həm də başqa şöbələrdə müalicə alan çoxsaylı xəstələrlə tanış oldum, xəstəxana, həkim heyəti, müalicə və s. haqqında ümumi söhbət apardıq.

Belə bəlli oldu ki, hamı xəstəxananın işindən, aparılan müalicələrdən, göstərilən diqqət və qayğıdan çox razıdı. Həkim, həmçinin tibb bacıları haqqında eşitdiklərim məni bir daha juxarıda sitat gətirdiyim kəlamın bir beytinə müraciət etməyə məcbur etdi,-

Həkim xəstələrə eyləyər əlac,
Xəstələnsə, olar özgəyə möhtac.

Bu fəlsəfi məntiqə istinad edərək söyləyə bilərəm ki, biz də tibb işçilərinə diqqət və qayğı ilə yanaşmalı, onlara şərəfli peşələrini yerinə yetirməkdə kömək olmalıyıq. Çünki bizim hər birimizin sağlamlığının keşiyində onlar dayanır...

Veydəddin Pirəliyev
12.08.2019

Son xəbərlər

MİDA-nın vəzifəli şəxsi vəfat etdi

Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

HƏMAS İsraili Qəzza danışıqlarını dalana dirəməkdə günahlandırıb

“Rusiyaya görə sammitdə iştirak etmək istəmirlər”

Məşhur kriptovalyuta birjasının təsisçisi 25 il müddətinə azadlıqdan məhrum edildi

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Bu gecə ilk Qədr gecəsidir

Oruc tutarkən baş ağrınız olursa...

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Millimizin potensial rəqibləri MÜƏYYƏNLƏŞDİ

Ukraynanın hər yerində hava həyəcanı elan edildi

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031